• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    13 sentyabr 2018-ci il

    Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simaları arasında Xalq artisti, “Şöhrət” və “İstiqlal” ordenli, professor Arif Məlikovun öz dəst-xətti var.

    Onun musiqisi yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində səslənərək müəllifə böyük şöhrət qazandırıb.

    A.Məlikovun yaradıcılığı müasir Azərbaycan musiqi mədəniyyətinin ən parlaq səhifələrindən birini təşkil edir. Sənətkarın hər yeni əsəri həm Respublikamızda, həm də onun hüdüdlarından qat - qat uzaqlarda əks - səda tapır, maraqla qarşılanır.

    Ü.Hacıbəyli tərəfindən qoyulmuş ənənələri davam və inkişaf etdirən, Q.Qarayevin yaradıcı prinsiplərindən, D.Şostakoviçin və dünya musiqisinin qabaqcıl nümayəndələrinin ən yaxşı keyfiyyətlərindən bəhrələnən A.Məlikov fərdi yaradıcılq üslubunu yaratmışdır. Təsadüfü deyil ki, o, bu gün də dünya miqyasında müasir Azərbaycan musiqisini ləyaqətlə təmsil edənlərdən biridir.

    Musiqinin ən müxtəlif janrlarında səmərəli və məhsuldar işləyən bəstəkar "Məhəbbət əfsanəsi" (N.Hikmət), "İki nəfər"(R.Rojdestvenski), "İki qəlbin poeması" baletləri, "Vətən" və "Dünyanın səsi" kantataları, VII simfoniyası "Ləpələr" operettası, müxtəlif janrlı kamera - instrumental əsərləri, xalq çalğı alətləri orkestri üçün süitaları, romans və mahnıları, film və tamaşalara musiqisi ilə milli musiqi xəzinəmizi zənginləşdirmişdir.

    A.Məlikovun yaradıcılığında onun kinofilmlərə və teatr tamaşalarına yazdığı musiqi də mühüm yer tutur. Onun "Sehrli xalat", "Ulduzlar sönmür", "Rüstəm və Söhrab", "Axırıncı aşırım" kimi filmlərə, "Natəvan", "Atabəylər" tamaşasına, 5 seriyalı "Şahnamə" filminə yazdığı musiqi bu film və tamaşaların müvəffəqiyyətini təmin etmişdir.
    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti Fərhad Bədəlbəyli başda olmaqla bütün professor-müəllim heyəti Xalq artisti, “Şöhrət” və “İstiqlal” ordenli, professor Arif Məlikovu 85 illik yubileyi münasibətilə ürəkdən təbrik edir!