• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    24 may 2018-ci il

    Elmi laboratoriyanin Qubaya folklor ekspedisiyasi

    “Ənənəvi musiqi və onun yeni istiqamətlərinin tədqiqi” elmi laboratoriyası bu günlərdə Quba rayonunda folklor ekspedisiyasında olmuşdur. Ü.Hacıbəyli adına BMA-nın Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyinə həsr etdiyi təbirlər planına uyğun olaraq, elmi laboratoriyanın tərəfindən “Milli folklorumuzu öyrənək və öyrədək” lahiyəsinə may ayından start verilmişdir. İlk folklor ekspediyası Xaçmaz rayonunda aparılmışdır. Növbəti elmi ekspedisiya isə laboratoriya əməkdaşlar tərəfindən Quba rayonunun Talabılışlaq kəndində həyata keçirilmişdir.

    Qeyd edək ki, bu elmi ekspedisiyaya da BMA-nın elmi və yaradıcılıq işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə və elmi laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə rəhbərlik etmişlər.

    Rayon ziyalısı, Talabıqışlaq kənd tam orta məktəbin direktoru Məmmədov Asəf Yusif oğlu tərəfindən yerli mərasim ənənələri, toy adətləri, yerli musiqiçilər barəsində maraqlı məlumatlar əldə olunmuşdur.

    1950-1980-ci illərdə təcrübəli balaban ifaçısı kimi toy mərasimlərində Şirvan aşıqları ilə birlikdə iştirak edən, artıq ömrünün ahıl çağlarını yaşayan qocaman xalq musiqiçisi Babayev Nuri Şahbala oğlu ilə görüş onun maraqlı xatirələri və informasiyaları yadda qalmışdır. xüsusilə məhsuldar olmuşdur. Ondan intrumental rəqs havalarına dair müsahibə alınmışdır.

    Laboratoriya əməkdaşları tərəfindən zurna ifaçıları Sifayəddin Babayev və Ayəddin Babayevin ifasında qədim rəqs və müasir melodiyaları yazıya alınmışdır. Babayev S. həm də klarnet ifaçısıdır. Bu peşəkar xalq ifaçıları Nuri Şahbala oğlunun övladları və yetirmələridir. Onları qarmonda İlyas Qeybullayev, nağarada İntiqam Süleymanov müşayiət edirdilər. Nəticələrdən biri də bölgədə geniş yayılmış qədim “Avar koxa” rəqsinin ilk dəfə yazıya alınmasıdır.

    Ekspedisiyada elmi laboratoriyanın əməkdaşlarından və gənc tədqiqatçılardan N.Bayraməlibəyova, L.Əliyeva, A.Abduləliyev, F.Nəsirova, R.Bəhmənli, K. Əhmədova, A.Əfəndiyev, F.Ələkbərov iştirak etmişlər. Ekspedisiya maraqlı olduğundan prof. T.Quliyev, doktorantura şöbəsinin müdiri H.Yusifova da bu elmi səfərdə iştirak etmişlər. N.İsmayılzadə bizə müsahibəsində bildirmişdir ki, folklor ekspedisiyaları bundan sonra da davam etdiriləcəkdir: ““Milli folklorumuzu öyrənək və öyrədək” layihəsini artıq həyata keçirməyə başlamışıq. Bu işdə Bakı Musiqi Akademiyasının rektorluğu, şəhər və rayonların icra hakimiyyətləri, mədəniyyət idarələri bizə yaxından dəstək verirlər. Toplanmış musiqi-folklor materialları və not yazıları əsasında yaxın gələcəkdə “Ənənəvi musiqinin audiovizual və not arxivi”ni yaratmağı qarşımıza məqsəd qoymuşuq. Əldə olunan bu materiallardan tədqiqat işlərində və tədrisdə əyani vəsait kimi istifadə ediləcəkdir.


    Dosent Ariz Abduləliyev