• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    23 may 2018-ci il

    23 may 2018-ci il tarixində Xaçmaz rayonunda “Milli folklorumuzu öyrənək və öyrədək” layihəsi üzrə ilk ekspedisiya multikultural folkloru təşkil olunub. “Şifahi ənənəli musiqi və onun müasir istiqamətlərinin tədqiqi” elmi laboratoriyası bu məqsədlə yeni folklor ekspedisiyalarına başlayıb.

    Ekspedisiya BMA-nın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbirlər planı çərçivəsində, Xaçmaz Rayon İcra Hakimiyyətinin və Xaçmaz Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə reallaşıb.

    BMA-nın elmi işlər üzrə prorektoru, professor, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru Gülnaz Abdullazadə və laboratoriyanın müdiri, dosent Nuridə İsmayılzadənin elmi rəhbərliyi ilə keçirilən ekspedisiya zamanı bölgənin maraqlı folklor örnəkləri əxz edilib.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) Azərbaycanın ənənəvi musiqi irsinin toplanılması, notlaşdırılması və araşdırılması istiqamətində layihələrini uğurla davam etdirir.

    Ekspedisiya zamanı “Buta” və “Dilavər” folklor qruplarının, axıska türklərinin “Yeni həyat” rəqs qrupunun və Hacıəlibəy kəndinin “Fincan” folklor qrupunun ifasında bir sıra folklor mahnıları, rəqslər, ləzgi, qrız dilində oxunun nəğmələr, eləcə də zurnada ifa edilən qədim rəqs melodiyaları yazıya alınıb.

    Rayonun etnoqrafiyasını, folklorunu və mədəniyyətini əks etdirən örnəklərlə tanışlıq ekspedisiya iştirakçılarında yüksək təəssürat yaradıb.