• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 may 2018-ci il

    Azərbaycan Dillər Universitetinin Akt zalında "Mədəni Əlaqələrin İnkişafına Dəstək" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Yeddi Səsdən Doğan Sərvət - ELM və MUSİQİ” layihəsi həyata keçirilib.

    Mayın 22-si baş tutan tədbirdə giriş sözü ilə hər kəsi salamlayan MƏİDİB Sədri İlahə Qismət bildirib ki, Azərbaycan Dillər Universiteti, "Mədəni Əlaqələrin İnkişafına Dəstək" İctimai Birliyi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və QHT Şurasının birgə təşkilati dəstəyilə keçirilən layihə dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyinə ithaf olunub. Bununla əlaqədar olaraq tədbir əsnasında öncə Q.Qarayevin həyat və yaradıcılığını həsr olunmuş video-çarx, ardınca musiqili konsert proqramı və müsabiqə əsasında yer tutmuş musiqişünasların çıxışları səsləndirilib. Musiqi repertuarında BMA-nın tələbələrinin ifasında bəstəkarın seçilmiş əsərlərilə yanaşı, Qarayev məktəbinin davamçıları və gənc bəstəkarların əsərləri də yer alıb. Belə ki, səhnədə Q.Qarayev -"Eskiz"( pianoda ifa etdi: Beynəlxalq müsabiqələr laureatı Vüsal Aydəmirov), "Violin və f-no üçün sonata", Prelüd (Ifa etdi: Nəzrin Aslanlı skripka, Atabala Manafzadə fortepian), A. Əzimov - "Violin və f-no üçün sonata-poema"( İfa etdilər: Rəşid Əliyev skirpka və Leyla Əhmədxanova Fortepiano, A.Məlikov -"Prelüd" (İfa etdi: Beynəlxalq müsabiqələr lureatı Firuzə Nəcəfli), V.Adıgözəlov - "Laylay"(ifa etdi: Təbriz Qədimalıyev tar, Vüsal Aydəmirov fortepiano) İlahə Qismət - "Xatirələr" romans (İfa etdi: Aysel Hacıyeva vokal, Firuzə Nəcəfli fortepiano), Aysel Hacıyeva - "Mavi gözlüm" romans (İfa etdi: fortepiano Beynəlxalq müsabiqələr laureatı Firuzə Nəcəfli, vokal müəllif), Nigar Əliyeva "Soyqırım" kvintet (İfa etdilər: Truba: Tural Quliyev, Kselafon- Akif Rehimov, Piano- Arzu Əsgərli, Violin- Şəms Ağazadə, Kontrabass- Elgün Babayev), Vüqar Məmmədzadə "Kvartet"( İfa etdi: Birinci skripka Şəms Ağazadə, İkinci skripka Firəngiz Əliyeva, Alt- Nigar Hüseynova, Çello- Mark Zençenko) ifa olunub.

    Qeyd edək ki, tədbirdə Q.Qarayev sinfinin yetirməsi, bəstəkar Aydın Əzimovun öz müəllimi haqqında dəyərli fikirləri dinləyicilərin marağına səbəb olub. Eyni zamanda layihə çərçivəsində dəhlizdə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin hazırladığı Q.Qarayev -100 adlı sərgisi nümayiş olunub.

    Sonda MƏİD-ib Sədri İlahə Qismət, professor Aydın Əzimov və ADU-nun Təhsil fakultəsinin dekan müavini Bədirə Kərimova tərəfindən səhnədə layihənin fəal iştirakçılarının diplom və hədiyyələrlə mükafatlandırılma mərasimi baş tutub.