• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 may 2018-ci il

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Mezzo” Elmi Publisistik İnformasiya jurnalının № 17, cari ilin mart buraxılışı çapdan çıxdı.

    1 may 2018-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Mezzo” Elmi Publisistik İnformasiya jurnalının №17, cari ilin mart buraxılışı oxucularının diqqətinə təqdim edilib. Ənənəvi olaraq bu sayda da bir-birindən maraqlı məqalələr, xəbərlər öz əksini tapmışdır. Baş redaktoru Vüqar Hümbətov olan jurnalda, “Каspi” qəzetinin mədəniyyət şöbəsinin rəhbəri Afət İslam, BMA-nın mətbuat xidmətinin əməkdaşı Minacat Əhmədova, BMA-nın magistrləri Röya Hüseynova və Fəriqə Məmmədzadə, həmçinin III kurs musiqşünas Aygün Qəhrəmanovanın qələmindən çıxan məqalələr yer almışdır.

    “Mezzo” jurnalının bu sayında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirilən konsertlər, tədbirlər, layihələr, konfranslar, ustad dərsləri öz əksini tapıb. Buna misal olaraq dünyaşöhrətli bəstəkarımız Qara Qarayevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər, SSRİ və Azərbaycanın Xalq artisti, “Şöhrət” və “İstiqlal” ordenli, BMA-nın rektoru, professor Fərhad Bədəlbəylinin Türksoyun mükafatına layiq görülməsi və Vyana səfəri, Azərbaycanda ilk dəfə səhnəyə qoyulan “Norma” operası, 20 Yanvar, Xocalı və 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş konfrans, əfsanəvi jazz ifaçımız Vaqif Mustafazadəyə həsr olunmuş musiqili gecə, Gənclər gününə həsr olunuş silsilə tədbirlər, görkəmli bəstəkar və ifaçılarımızın yubiley gecələri, ustad dərsləri, xəbərlər bölməsi və bir çox məqalələr yer almışdır.

    Hər buraxılışında musiqisevərləri öz ətrafına cəmləyən jurnalın bu sayında da, məzmun etibarilə mühüm məqalələr öz oxuyucularına təqdim olunub. Jurnalı həmçinin elektron olaraq https://issuu.com/vugarhumbatov/docs/jurnal_mezzo_2018_mart oxumaq mümkündür.