26 dekabr 2017-ci il
2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə dövlət proqramı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir.
Dövlət Proqramının məqsədi sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarətdir. Həmin Dövlət Proqramına dəstək bu Sərəncama uyğun olaraq 26 dekabr 2017-ci il tarixində British Council tərəfindən Əliliyi olan şəxslərin inkluziv təhsili və onların iş dünyasında fəaliyyəti ilə bağlı layihənin təqdimatı keçirilib. Tədbirdə Bakı Musiqi Akademiyasının professoru Mina xanım Hacıyeva iştirak edib. Four Seasons otelində keçirilən təqdimat mərasimində Birləşmiş Krallıqdan gələn ixtisasçı Mark Grey məruzə ilə çıxış edib.