• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    24 noyabr 2026-cı il 

    Bakı Musiqi Akademiyasının 105 illiyinə həsr olunmuş “Yadımdamı ötən günlər…” adlı sinif konserti keçirilib.

    24 noyabr 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 105 illik yubileyinə həsr olunmuş “Yadımdamı ötən günlər…” adlı konsertmeyster ustalığı kafedrasının sinif konserti keçirilib.

    BMA-nın Böyük zalında baş tutan konsertdə Konsertmeyster ustalığı kafedrasının müəllimi, dosent Əhmədzadə Gülənarın sinfinin tələbələri, məzunları və ifaçıları musiqi nömrələri ilə çıxış ediblər.

    Konsertin solistləri sırasında Yuliya Heydərova, Xədicə Gözəlova, Leyla Yolçuyeva, Olqa Gergiyeva, Namiq Səlimov, Ləman Babayeva və Ləman Əhmədova yer alıblar. Ləman Əhmədovanın müəllimi Zəngifə İsmayılova olub.

    Proqramda, həmçinin Aişə Məmmədova, Fidan Novruzova, Əsmər Alxazova, Günel Yarızadə, Rəhimə Əhmədova, Rəhimə Qurbanova, Əli Talıbov və Emil Əhmədzadə də iştirak ediblər.

    “Yadımdamı ötən günlər…” adlı konsert yalnız musiqi ifalarının təqdimatı deyil, həm də müəllim və tələbə arasında formalaşan sənət ənənələrinin, yaradıcı əməkdaşlığın və musiqi irsinin yaşadılmasının təzahürü kimi yadda qalıb.

    Bakı Musiqi Akademiyasının 105 illik yubileyinə həsr olunan bu konsert bir daha Akademiyanın zəngin musiqi ənənələrini, ifaçılıq sənətinə və gənc musiqiçilərin yetişdirilməsinə verdiyi töhfəni nümayiş etdirib.