• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    21 noyabr 2026-cı il 

    21 noyabr 2026-cı il tarixində Kamera və Orqan Musiqisi Zalında “Musiqinin izində” – Zərif Kərimova və tələbələrinin konserti keçirildi.

    Konsertdə Bakı Musiqi Akademiyasının tələbələri və məzunları Azərin Nəsibli, Əzizə Abdullayeva, Nəzrin Quliyeva, Aysel İbrahimli, Zöhrə Ramazanlı, Nigar Məmmədli və Ülkar Lətifova çıxış etdilər.
    Musiqi axşamında müxtəlif dövrləri və üslubları təmsil edən Avropa və Azərbaycan bəstəkarlarının əsərləri səsləndi. Klassik musiqinin zəngin ənənələri, fərqli musiqi dünyaları və bədii ifadə vasitələri bir səhnədə bir araya gəldi.

    Bu konsert musiqiyə sevginin, müəllim və tələbə arasında yaradıcılıq bağının, sənətə doğru birlikdə atılan addımların daha bir gözəl təcəssümü oldu.