6 noyabr 2026-cı il
8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert keçirilib!
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Metodika və Xüsusi Pedaqoji Hazırlıq kafedrasının “Musiqi müəllimliyi” şöbəsi tələbələrinin iştirakı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim olunub.
BMA-nın kiçik zalında keçirilən tədbirdə tələbələr - Nəzrin Məmmədova, Nərminə Nemətli, Nigar Qafarova, Nəzrin İsmayılzadə, Zeynəb Kazımlı,
Aişə Cəbrayılova, Ləman Baxşəliyeva,
Zinət Cahangirova, Lalə Şəfiyeva, Nəzrin Məsumova, Nişə Bağırova, Nurtac Ağayeva, Leyla Məlikli, Günel Dövlətəliyeva, Nigar Nuriyeva Vətənə, doğma torpağa və Zəfər sevincinə həsr olunmuş musiqi nömrələri ilə çıxış ediblər.
Konsertdə tələbələrin ifaçılıq bacarıqları, musiqi istedadı və səhnə mədəniyyəti nümayiş olunub. Tələbələrin musiqi nömrələri tədbirə xüsusi ruh və bayram ovqatı qatıb.
Konsert proqramının hazırlanmasında iştirak edən müəllimlərə və tələbələrə təşəkkürümüzü bildirir, xalqımıza Zəfər Gününün qürurunu və sevincini daim yaşamağı arzulayırıq!
Zəfərimiz əbədi, qələbəmiz daim olsun!

