• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 sentyabr 2026-cı il 

    “Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı” çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas-fortepiano kafedrası tələbələrinin iştirakı ilə “Üzeyir Hacıbəyli irsi gənc səslərin təqdimatında” adlı konsert keçirilib.

    30 sentyabr 2026-cı il tarixində baş tutan konsertdə BMA-nın gənc pianoçuları Azərbaycan və dünya klassik musiqisinin seçilmiş nümunələrini təqdim ediblər.

    Konsert proqramında Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasından musiqi, Fikrət Əmirovun “Ekspromt” və “Şur” simfonik muğamından, K. Debüssinin “Sevinc adası”, P. Çaykovskinin “Vu poco di Chopin”, N. Metnerin a-moll Sonatası, A. Babirovun “Prelüd-skertso”, Qara Qarayevin “Yeddi gözəl” baletindən Vals və Üzeyir Hacıbəylinin “Sənsiz” əsərləri səsləndirilib.

    Konsertdə Afət Süleymanova-Solmaz Əliyeva, Şükran Cəfərova, Timur Çernikov-Ərtəğrul Balayev, Həsənli İnci, Aişə Fətəliyeva, Elçin Məmmədov, Humay Hacıyeva, Əli Vəliyev və Nurana Salamova çıxış ediblər.

    Gənc ifaçıların hazırladığı rəngarəng proqram onların fərdi ifaçılıq bacarıqlarını, musiqi duyumunu və klassik irsə yaradıcı münasibətini nümayiş etdirib. Konsert boyunca Azərbaycan bəstəkarlıq məktəbinin dəyərli nümunələri ilə yanaşı, dünya musiqi xəzinəsindən əsərlər də təqdim olunub.

    Tədbirin hazırlanmasında BMA-nın professor-müəllim heyətinin mühüm rolu olub. Proqram üzrə tələbələrə professor Nərminə Quliyeva, dosent Arzu Məmmədova, professor Kamalə Neymanova, professor Elnarə Kəbirinskaya, dosent Nərgiz Salmanlı, dosent Gülnarə Mirzəyeva və baş müəllim Nərgiz Nəzərova rəhbərlik ediblər.

    Belə konsertlər gənc ifaçıların səhnə təcrübəsinin zənginləşdirilməsi, milli musiqi irsinin yeni nəslə çatdırılması və Üzeyir Hacıbəylinin yaradıcılıq irsinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.