28 sentyabr 2026-cı il
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində həyata keçirdiyi “Sənət inciləri” layihəsi
üzrə növbəti mühazirə-konsert sentyabrın 28-də Xəzər Universitetində təşkil olunub.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU), Xəzər Universiteti və Beynəlxalq Muğam Mərkəzinin (BMM) dəstəyi ilə keçirilən tədbirdə təhsil ocağının müəllim və tələbələri iştirak ediblər.
Sonra bədii hissəyə söz verildi. Konsert proqramı: Müslüm Maqomayev “Nərgiz” operasından Nərgizin ariyası (ifa etdi:Bakı Musiqi Akademiyasının tələbəsi İmamyarlı Elen, konsertmeystr: əməkdar artist Nigar Məlikova), Üzeyir Hacıbəyli “Arşın mal alan” operettasından Gülçöhrənin ariyası (ifa etdi: Bakı Musiqi Akademiyasının IV kurs tələbəsi Məryəm Babayeva, konsertmeystr: Ülviyyə Əliyeva), Üzeyir Hacıbəyli “Arşın mal alan” operettasından Gülçöhrə və Əsgərin dueti (ifa etdilər: BMA-nın tələbələri İmamyarlı Elen və İsmayılov Şöhrət, konsertmeystr: əməkdar artist Nigar Məlikova),
Emil Əfrasiyab Üzeyir Hacıbəylinin əsərləri mövzusunda “Parafraz” (ifa etdi: Bakı Musiqi Akademiyasının II kurs tələbəsi Balayev Ərtoğrul), Üzeyir Hacıbəyli “Leyli və Məcnun” operasından “Səhnə” (ifa etdilər: Cahangir Cahangirov adına xor, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Xəzər universitetinin tələbələri).
Bədii proqram tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.





