• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 may 2026-cı il 

    26 may 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında BMA-nın Simfonik Orkestrinin möhtəşəm konsert proqramı təqdim olundu.

    Azərbaycan Respublikasının Xalq artisti, görkəmli dirijor Ramiz Məlikaslanovun rəhbərliyi ilə baş tutan gecə yüksək peşəkarlığı və zəngin musiqi proqramı ilə tamaşaçılarda unudulmaz təəssürat yaratdı.

    Konsert proqramında dünya və Azərbaycan musiqisinin seçilmiş inciləri səsləndirildi. Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra ilə başlayan gecə dinləyiciləri ilk andan etibarən möhtəşəm musiqi atmosferinə köklədi. Daha sonra Volfqanq Amadey Motsartın klarnet üçün məşhur konserti, Kamiy Sen-Sansın virtuozluğu və emosional zənginliyi ilə seçilən “İntroduksiya və Rondo Kapriççiozo” əsəri, Fikrət Əmirovun milli ruhla yoğrulmuş “Azərbaycan elləri” kompozisiyası böyük ustalıqla təqdim olundu.

    Konsertdə solistlər – Aysun Mahmudzadə, Kənan Məmmədzadə, Vaqif Qurbanov və Şəmistan Əliyev öz yüksək ifaçılıq məharətləri ilə seçilərək tamaşaçıların rəğbətini qazandılar. Johann Ştrausun “Yarasa” operettasından Adele’nin ariyası və Maks Bruxun violonçel və orkestr üçün “Kol Nidrei” əsəri gecəyə xüsusi emosional çalar bəxş etdi. Proqram Jorj Bizenin Simfoniya no.1 C-dur əsəri ilə parlaq şəkildə yekunlaşdı.

    Musiqi Akademiyasının tələbə və müəllim heyətinin iştirakı ilə keçirilən bu konsert bir daha göstərdi ki, klassik musiqi sənəti öz gücü və estetik dəyəri ilə dinləyicilərin qəlbində daim yaşayır. Gecə uzun sürən alqışlar və yüksək sənət zövqünün yaratdığı unudulmaz anlarla yadda qaldı.