15 may 2026-cı il
15 may 2026-cı il tarixində Azərbaycan Dillər Universitetinin Akt zalında “Klassik Musiqi Zamanı” layihəsi çərçivəsində “Dünya dillərində musiqi” adlı konsert keçirilib.
Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin bədii rəhbərləri: layihənin müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina, ADU-nun Rusiyaşünaslıq Mərkəzinin rəhbəri Diana Hüseynzadə və ADU-nun Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin müdiri Səadət Qasımova olublar.
Tədbirin açılışında ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Jalə Qəribova və Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, professor, pedaqoji elmlər namizədi, Əməkdar müəllim Nərminə Quliyeva çıxış edərək layihənin əhəmiyyətindən danışıblar. Çıxışlarda qeyd olunub ki, müxtəlif xalqlar musiqi və dil vasitəsilə bir-birinə daha da yaxınlaşır və bu cür tədbirlər mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfə verir. Nərminə Quliyeva həmçinin qeyd edib ki, musiqi hər bir xalqın dilinin ifadə imkanlarını üzə çıxarır və musiqi intonasiyasının formalaşmasına təsir göstərir. Layihənin bədii rəhbəri Alyona İnyakina layihənin əsas məqsədinin müasir Azərbaycan gəncləri arasında klassik musiqi irsinin təbliği, eləcə də müxtəlif ölkələrin musiqi mədəniyyətləri ilə daha yaxından tanışlığın təşviqi olduğunu bildirib. Həmçinin vurğulanıb ki, “Klassik Musiqi Zamanı” layihəsi çərçivəsində keçirilən tədbir ilk dəfə olaraq Azərbaycan Dillər Universiteti ilə birgə təşkil olunub.
Tədbirin bədii hissəsi müxtəlif ölkələrin və tarixi dövrlərin yüksək klassik musiqi sənəti aləminə maraqlı bir səyahət təsiri bağışlayıb. Konsertdə Azərbaycan, Rusiya, İtaliya, Fransa, Almaniya, Avstriya, İngiltərə, İspaniya və ABŞ-ın musiqi mədəniyyətləri təqdim olunub.
Müxtəlif ölkələri və onların mədəniyyətlərini əks etdirən videomateriallar Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsinin və Azərbaycan Dillər Universitetinin tələbələri: Jalə Quliyeva, Fidan Əlizadə, Gülcan Əhmədova, Səma Hüseynli, Nərmin Mədətli, Zeynəb Əliyeva, Rəhiməxanım Qurbanova, Almaz Məlikova, Leyla Səlimova, Firuzə Hüseynova, Əminəxanım Məmmədova, İlahə Cəfərova, Validə Hacıyeva, Şahanə Qafarova, Pakizə Mustafazadə, Əsmər Panalizadə, Aydan Nağıyeva, Rəhimə Həmidova, Ayan İmanova tərəfindən dövlət dilində və orijinal dillərdə təqdim olunan şifahi mətnlərlə müşayiət edilib.
Müxtəlif xalqların musiqi mədəniyyətlərinin canlı təcəssümü beynəlxalq müsabiqələr laureatları — Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərova, Bakı Musiqi Akademiyasının konsertmeysterləri, Azərbaycan Respublikasının Əməkdar artisti Nigar Məlikova, Ülviyyə Əliyeva, Dilarə Kərimova, eləcə də BMA-nın İfaçılıq fakültəsinin tələbələri: Elen İmamyarlı, Rəsul Cahangirli (Azərbaycan respublikasının Xalq artisti, professor Xuraman Qasımova sinfi), Şöhrət İsmayılov, Samir Hüseynov (SSRİ Xalq artisti, professor Fidan Qasımova sinfi), Dilbər Rəfibəyli, Atilla Qərib, Aydan Həbibzadə (Azərbaycan respublikasının Xalq artisti, professor Gülnaz İsmayılova sinfi), Fathi Mir Elnur, Məryam Babayeva (dosent Jalə Cəfərova sinfi), Pərvanə Soltanova, Süsən Abasova (Azərbaycan respublikasının Əməkdar artisti İlham Nəzərov sinfi), Nərgiz Şahbazovanın (Azərbaycan respublikasının Əməkdar artisti Fəridə Məmmədova sinfi) təqdim etdiyi konsert proqramı olub.
Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb və tədbir tam anşlaqla keçib.
15 мая 2026 года в Актовом зале Азербайджанского университета языков в рамках проекта «Время классической музыки» состоялся концерт под названием «Музыка на языках мира».
Концертная программа была тепло встречена зрителями, а мероприятие прошло при полном аншлаге.




