• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    14 may 2026-cı il 

    14 may tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında “Bəstəkarlıq” və “İxtisas fortepiano” kafedralarının birgə iştirakı ilə konsert proqramı keçirilmişdir.

    Tədbirdə gənc bəstəkar və ifaçıların təqdimatında Azərbaycan və dünya musiqisinin müxtəlif üslublarını əhatə edən maraqlı əsərlər səsləndirilmişdir. Konsert tələbələrin yaradıcılıq potensialının, peşəkar ifaçılıq bacarıqlarının və səhnə mədəniyyətinin nümayişi baxımından xüsusi maraq doğurmuşdur.
    Tədbirdə “Bəstəkarlıq” kafedrasının tələbələri Fatimə Məmmədzadə, Arsalan Navab Moghadam, Ülvi Hüseynzadə, Vahid Rəhimov, Rəvan Alməmmədli, Dürnisə Hüseynova, Ağabəşir Bayramzadə, Xəyal Əsədli, Vəfa Əhmədbəyova və Həsən Bədəlzadə iştirak etmişlər.
    Eyni zamanda “İxtisas fortepiano” kafedrasının tələbələri Ayşə Məmmədova, Əli Vəliyev, Azərin Mustafazadə, Fidan Novruzova, Ərtoğrul Balayev, Ayşən Uğurluyeva, Züleyxa Bayramzadə, Elçin Məmmədov və Aytac Əlizadə öz çıxışları ilə dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanmışlar.

    Konsert iştirakçılara zəngin musiqi təəssüratı bəxş etmiş, gənc musiqiçilərin yaradıcılıq axtarışlarının və sənətə bağlılıqlarının parlaq ifadəsinə çevrilmişdir.