13 may 2026-cı il
13 may 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı keçirilmişdir.
Tədbir Akademiyanın “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının “Musiqi müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələrinin iştirakı ilə baş tutmuşdur. Konsertdə dosentlər Nərgiz Əlizadə, Arzu Rzayeva, Həqiqət Yusifova, Nərgiz Hüseynova, Sevinc Sultanova, Fatimə Əliyeva, baş müəllim Naira Qulamova və Rəfiqə Quluzadənin tələbələri çıxış edərək tamaşaçılara rəngarəng musiqi nömrələri təqdim etmişlər.
Proqram çərçivəsində Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilmiş, iştirakçılar öz peşəkarlıqları və yüksək ifa mədəniyyətləri ilə dinləyicilərin böyük rəğbətini qazanmışlar.
Gecə musiqi sənətinə sevgi, milli-mənəvi dəyərlərə bağlılıq və gənc ifaçıların yaradıcılıq potensialının nümayişi baxımından xüsusi əhəmiyyət daşıyıb.



