13 may 2026-cı il
13 may 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında “İxtisas fortepiano” kafedrasının tələbələrinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı keçirilmişdir.
Konsert proqramında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilmiş, gənc ifaçılar öz peşəkarlıqları və səhnə mədəniyyətləri ilə dinləyicilərə unudulmaz musiqi axşamı bəxş etmişlər.
Tədbirdə Ayşən Uğurluyeva, Züleyxa Bayramzadə, Afət Süleymanova, Fidan İbrahimova, Ayşə Məmmədova, Zümrüd Əlizadə, Əliheydər Aydın, Xəlil Mütəllibov, Azərin Mustafazadə, Əli Adıgözəlov, Elçin Məmmədov, Nurana Salamova, Fərid Hüseynov, Mehin Zəliyeva və Əli Vəliyev çıxış etmişlər.
Konsert iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, musiqi sənətinə və milli-mənəvi dəyərlərə ehtiramın parlaq nümunəsinə çevrilmişdir.



