26 aprel 2026-cı il
26 aprel 2026-cı il tarixində Qara Qarayevin Ev Muzeyində unudulmaz musiqi axşamı baş tutdu.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Kamera ansamblı” kafedrasının tələbələrinin iştirakı ilə təşkil olunan bu konsert görkəmli oftalmoloq, alim, akademik Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuşdur.
Gənc ifaçıların yüksək peşəkarlıqla təqdim etdikləri proqram klassik musiqinin incilərini bir araya gətirdi. Konsertdə Qara Qarayev, Johann Sebastian Bach, Johannes Brahms, Ludwig van Beethoven, eləcə də digər görkəmli bəstəkarların əsərləri səsləndirildi.
Baş müəllimlər N.Hacızadə, S.Yolçuyeva və X. Abdullayevanın rəhbərliyi ilə hazırlanan bu musiqi gecəsi həm peşəkar ifaçılıq səviyyəsi, həm də emosional zənginliyi ilə seçildi.
Gənc musiqiçilərin çıxışları dinləyicilərə dərin estetik zövq bəxş edərək, klassik musiqinin əbədi gözəlliyini bir daha nümayiş etdirdi.



