12 noyabr 2025-ci il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 12 noyabr 2025-ci il tarixində Vətən müharibəsində Qələbənin 5 illiyinə və dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş “Qələbənin sədası” adlı konsert proqramı keçirildi.
Tədbir “SABAH” qruplarının Fortepiano və “Konsertmeyster ustalığı” kafedralarının birgə təşəbbüsü ilə təşkil olunmuşdur. Konsertdə Respublika və Beynəlxalq müsabiqələr laureatları çıxış edərək klassik musiqi nümunələrini səsləndirdilər.
Səhnədə Mahir Tağızadə, İluzər İbrahimzadə, Rəşad Abdullayev, Əli Vəliyev, Məhəmmədəli Paşazadə, Zümrüd Əlizadə, Fidan Musayeva, Mehin Zalıyeva, Nəriman Əliyev, Mədinə Qurbanova, Nuray Əliyeva, İlqar Bədəlli, Azərin Mustafazadə, Fidan İbrahimova, Nəzrin Mustafazadə və Xəlil Mütəllibov kimi istedadlı gənclər çıxış etdilər.
Konsert boyunca tələbələrin ifasında səslənən musiqi nömrələri Vətənə sevgi, Qələbə ruhu və milli musiqi irsinə dərin hörmət duyğuları ilə müşayiət olundu.
Dinləyicilərin ruhunu oxşayan konsert tədbiri tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.