• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 oktyabr  2025-ci il 

    Zəfər Gününə həsr olunmuş sinif konserti

    25 oktyabr tarixində Niyazi Muzeyində Bakı Musiqi Akademiyasının “İxtisas Fortepiano” kafedrasının müəllimləri — Xalq artisti, professor Ülviyyə Hacıbəyova və dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərgiz Salmanlının təşəbbüsü ilə Zəfər Gününə həsr olunmuş sinif konserti keçirilmişdir. Konsertin təşkilatı və bədii rəhbərliyi müəllimlərin özləri tərəfindən həyata keçirilmişdir.

    Tədbir Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, ardınca professor Ülviyyə Hacıbəyovanın ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

    Proqram “Müharibə qabağı — Müharibə zamanı — Müharibədən sonra: Zəfərimiz” konsepsiyası əsasında qurulmuş, hər mərhələyə uyğun seçilmiş əsərlər ardıcıllıqla təqdim olunmuşdur. Bu ardıcıllıq dinləyicilərdə tarixi hiss və milli birlik duyğusunu oyatmış, səhnədə yaradılmış musiqi mənzərəsi Vətənpərvərlik ruhunu daha da gücləndirmişdir.

    Konsertdə çıxış edən tələbələr:

    Kübra Həşimli (IV kurs) — Q. Qarayev Prelüd №3, №14

    Dinara Əliyeva (IV kurs) — F. Əmirov Prelüd №2 cis moll

     Maya İsmayılova (IV kurs) — F. Şopen Scherzo №1 b moll; Q. Qarayev, Prelüd №10 e moll

    Fidan Muxtarova (Magistr I kurs) — T. Quliyev “Qaytağı”

    Nuranə Salamova (Bakalavr I kurs) — F. Şopen Ballada №1 g moll; Z. Bağırov, Fakir

    Aişə Fətəliyeva (Bakalavr I kurs) — Q. Qarayev Prelüd №5, №6 (I dəftərdən)

    Nigar Novruzova (II kurs) — F. Əmirov Ekspromt №1

    Cahan Tağızadə (II kurs) — C. Hacıyev Ballada

    Səma Mustafayeva (II kurs) — N. Əliverdibəyov “Bayatı-Şiraz”

    Leyla Balayeva — Niyazi Prelüd; Q. Qarayev, Yürüş

    Tədbirdə tələbələrin ifaları ilə yanaşı, professor Ülviyyə Hacıbəyova da səhnəyə çıxaraq Azərbaycan Dövlət Himnini ifa etmiş, daha sonra Soltan Hacıbəyovun “Lay-lay” kompozisiyasını təqdim etmişdir. Həmçinin Ü.Hacıbəyovanın proqramında görkəmli bəstəkar Arif Məlikovun əsərlərindən ibarət seleksiya — onun musiqi dilinin müxtəlif çalarlarını bir araya gətirən, ardıcıl və hissiyyatlı bir musiqi parçası  səsləndirilmişdir. Bu yığma parça həm bəstəkarın yaratdığı melodik xəttin zənginliyini, həm də konsertin ümumi ab-havasına uyğun xatirə və ehtiramı ifadə etmişdir.

    Konsert yüksək səviyyədə təşkil olunmuş, ifa keyfiyyəti və proqramın ideya-sənət əlaqəsi dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Musiqinin dili vasitəsilə göstərilən ehtiram və qürur hissi Zəfər Gününün əhəmiyyətini daha da vurğulamışdır.