26 sentyabr 2025-ci il
Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Detaşe” violinoçular ansamblının konserti baş tutdu.
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 26 sentyabr 2025-ci il tarixində Kamera və Orqan Musiqi zalında təntənəli konsert keçirildi.
Xalq artisti, Zəhra Quliyevanın bədii rəhbəri olduğu “Detaşe” violinoçular ansamblı (konsertmeyster:Səbinə Muradova) əsrarəngiz çıxışı ilə dinləyicilərin zövqünü oxşadı.
Gecənin solistləri Xalq artisti, professor Zəhra Quliyeva və Ləman İsmayılova zəngin çalarlı konsert proqramı ilə çıxış etdilər.
Proqramda İ.S.Baxın 2 violin üçün konsert, d moll, l hissə, G.F.Telemannın 4 violin üçün konsert, D dur, F.Şubertin “Ave Mariya”, N.Rimski-Korsakovun “Arı uçuşu”, P.İ.Çaykovskinin “Vals”, Z.Paliaşvilinin “Lekuri”, Üzeyir Məmmədovun “Xatirə”, E.Doganın “Vals”, S.Prokofyevin “Marş”, İ.Ştrausun “Anna Polka”, op.117, S.Rüstəmovun “İntizar”, Ü.Hacıbəylinin “Koroğlu” operasından ll rəqs əsərləri dinləyicilərə təqdim olundu.
Festival çərçivəsində təqdim olunan bu musiqi axşamı tamaşaçılara unudulmaz anlar bəxş edib və dinləyicilərin alqışları ilə yadda qaldı.