• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 sentyabr  2025-ci il 

    25 sentyabr 2025-ci il tarixində Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Cadenza Orkestrinin konserti baş tutub. 
    Konsert proqramında Əməkdar incəsənət xadimi, professor, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasının müdiri Ceyhun Allahverdiyevin simli orkestr üçün 3 saylı simfoniyası Samir Əsədovun idarəsində səslənib.
    Həmçinin Bəstəkarlıq kafedrasının magistr pilləsi üzrə II kurs tələbəsi Fatimə Məmmədzadənin (müəllim: dosent Arzu Məmmədova) solo fortepiano üçün "Nöqtələr və Səslər" əsərini BMA-nın İxtisas fortepiano kafedrasının IV kurs tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı Gülsarə Bağırova (müəllim: professor Samirə Aşumova) ifa edib.