18 sentyabr 2025-ci il
18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Məlumdur ki, Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində dahi bəstəkara həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir.
Qeyd edək ki, Ü.Hacıbəylinin 140 ili tamam olur. Milli Musiqi Günü Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XVll Beynəlxalq Musiqi festivalı ilə əlaqədar dahi bəstəkarın 140 illiyi ölkəmizin müxtəlif şəhərlərində, eləcə də azad Xankəndi və Şuşada təntənəli konsert tədbirləri ilə qeyd olunur.
Daha sonra Bakı Musiqi Akademiyasının qarşısında, dahi bəstəkarın heykəlinin ətrafında isə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Müdafiə Nazirliyinin Estrada Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının ifasında musiqi nömrələri təqdim edildi.
#ÜzeyirHacıbeyliadınaBakıMusiqiAkademiyası#ÜzeyirHacıbəyli140#Millimusiqigunu