• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 may 2025-ci il 

    26 may 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dahi rus bəstəkarı P.İ.Çaykovskinin 185 illiyinə həsr olunmuş təntənəli konsert və sərgi keçirilmişdir.

    Bayram konsert axşamı Bakı ictimaiyyəti üçün dahi bəstəkarın ölməz əsərlərini bir daha dinləmək və sənətindən zövq almaq imkanı yaratdı.

    Tədbirin bədii rəhbəri və aparıcısı – sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina, tamaşaçılara Çaykovskinin dünya musiqi sənətindəki əhəmiyyəti, akademik musiqinin inkişafına verdiyi töhfə, gələcək nəsil bəstəkarlarına təsiri və konsert zamanı səslənən əsərlərin üslub xüsusiyyətləri haqqında ətraflı məlumat vermişdir. 

    Konsert proqramında dahi bəstəkarın solo və ansambl, vokal və instrumental əsərləri Azərbaycanın Əməkdar Artisti Anton Ferştandt, beynəlxalq müsabiqələr laureatları – Adil Axundov, Yuliya Heydarova, Züleyxa Abdulla, Lalə Muxtarova, Nərgiz Kəngərli, Dilarə Kərimova, Zöhrə Salamova, Kamilə İmanova, Elyar Əliyev, Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasının tələbələri - Maya İsmayıllı, Fidan Musayeva, Nərmin Günəşova, Aysu Mustafazadə, Xoşavaz. Məmmədova, Şəms Əlili, Heydər Heyatov, Cavid Ağayev, Regina Məcidova, eləcə də Bakı şəhəri Müqəddəs Baş Mələk Mixail Kilsəsinin xoru (xor hərəkatının Əməkdar xadimi Kristina Əfəndiyevanın rəhbərliyi ilə) ifalarında səslənmişdir. 

    Bayram tədbiri çərçivəsində təşkil olunan Rusiya Milli Musiqi Muzeyinin “Çaykovski. Sənətkar olmaq xoşbəxtliyi” adlı sərgisi, bəstəkarın özü üçün xüsusilə əhəmiyyətli saydığı bir məqamı – öz istedadı ilə ölkəsinə və cəmiyyətə xidmət etmək missiyasını əks etdirdi. Sərgidə Çaykovskinin əsərlərinin ifalarına dair afişalar, proqramlar, müxtəlif fotoşəkillər, not nəşrləri, kostyum və dekorasiya eskizləri nümayiş olunurdu. Ən qiymətli eksponatlar isə Çaykovskinin əksər məşhur əsərlərinin müəllif əlyazmaları olmuşdur.