30 may 2025-ci il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 28 may Müstəqillik gününə həsr olunmuş təntənəli konsert keçirildi
30 may 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Metodika və Xüsusi Pedaqoji Hazırlıq” kafedrası ilə “Musiqi müəllimliyi” şöbəsinin tələbələrinin konserti baş tutdu. Tədbirdə gənc musiqiçilər öz ifaları ilə tamaşaçıları valeh edərək, peşəkar ifaçılıq bacarıqlarını nümayiş etdirdilər.
Konsert proqramında müxtəlif janrlara aid əsərlər səsləndi. Tələbələr arasında Mədinə Mütəllimova, Fidan Yusifzadə, Leyla Məlikli, Səbinə İsmayılova, Nazə Hacıyeva, Sara Ağazadə, Fidan Əliyeva, Nigar Nuriyeva, Fatimə Əlizadə, Nəzrin İsmayılzadə, Lalə Namazova (müşayiət etdi:Lamiyə Əliyeva), Əntiqə Paşayeva (müşayiət etdi: Əsmər Alxazova) çıxış etdilər. Proqramda həm instrumental, həm də vokal nömrələr yer aldı.
Tələbələrin hazırlığında böyük əməyi olan Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti – dos. N.Əlizadə, dos. A.Rzayeva, dos. H. Yusifova, dos. N. Hüseynova, dos. S. Sultanova və baş müəllim N. Qulamova tələbələrə dəyərli tövsiyələr verərək onların musiqi sahəsində inkişafına dəstək oldular.
Konsert tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı və tələbələrin peşəkar ifaçılıq səviyyəsinin yüksəldiyini bir daha sübut etdi. Bakı Musiqi Akademiyası gənc musiqiçilərin yetişdirilməsi və onların ifaçılıq bacarıqlarının təkmilləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirir.