29 may 2025-ci il
29 may 2025-ci il tarixində dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi çərçivəsində növbəti təntənəli konsert keçirildi.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan Respublikasının Xalq artisti, professor, dirijor Ramiz Məlik-Aslanovun rəhbərliyi altında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası Simfonik Orkestrinin konserti baş tutdu.
Konsert proqramında Feliks Mendelsonun Simfoniya N.4 op.90 A major (“İtalian”) əsərləri dinləyicilərə təqdim olundu.
Peşəkar musiqiçilərin ifası tamaşaçılara əsl musiqi ziyafəti təqdim etdi və hər kəs tərəfindən böyük rəğbətlə qarşılandı.