• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 may 2025-ci il 

    22 may tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzində 3-cü Bakı Müasir Musiqi Günləri festivalı çərçivəsində bəstəkar, BMA-nın “Tarix-nəzəriyyə” fakültəsinin dosenti Aliyə Məmmədovanın solo gitara üçün “Sükutla dialoq” əsəri istedadlı musiqiçi Raul Hüseynov tərəfindən səsləndirilmişdir.  
    Qeyd edək ki, A.Məmmədovanın 1994-cü ildə solo gitara üçün yazdığı “Sükutla dialoq” əsəri Azərbaycan kamera-instrumental musiqisi ədəbiyyatında gitara üçün ilk əsərlərdəndir. 
    Əsərin ilk ifaçısı istedadlı gitaraçı Rövşən Məmmədov olmuşdur. Burada müəllif minimal yüksəklik imkanı ilə əldə olunan poetik, melanxolik obrazı olduca təsirli şəkildə təfsir etməyə nail olur.  
    3 hissəli struktura malik kompozisiya cəmi 6 səsdən ibarət seriya üzərində qurulub – a, h, c, d, e, fis). 
     “Sükutla dialoq”u sonralar isveçrəli gitara ifaçısı, “TaG” ansamblının solisti Christoph Jäggin ifa etmişdir. 1996-cı ildə bu əsər İsveçrənin TRE MEDİA nəşriyyatı tərəfindən nəşr olunub. Həmin illərdə TaG ansamblı İsveçrə, Rusiya və Bakıda keçirilən musiqi festivalını əsərin adı ilə – “Sükutla dialoq” adlandırılmışdı.
    Vurğulamaq gərəkdir ki, 3-cü Bakı Müasir Musiqi Günləri festivalı may ayının 19-da start götürmüş və 25-i tarixinədək davam edəcək. Festival çərçivəsində ustad dərsləri, mühazirə və konsertlər, o cümlədən, film nümayişi reallaşdırılacaq.