22 may 2025-ci il
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsert keçirildi.
Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə 22 may 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında möhtəşəm konsert proqramı təqdim olundu.
Dinləyicilər üçün əsl musiqi ziyafəti olan tədbir Akademiyanın "İxtisas fortepiano" kafedrasının “Ansambl ifaçılığı” fənni üzrə tələbələrinin iştirakı ilə baş tutdu. Konsertdə gənc musiqiçilər rəngarəng musiqi nömrələri ifa edib, yüksək peşəkarlıq nümayiş etdirdilər.
Konsert proqramında çıxış edən tələbələr:
Afət Süleymanova, Mehin Zaliyeva, Qəmər Mehdiyeva, Səmimət Salahova, Gülnar İrşadi, Ayan Həsənova, Züleyxa Bayramzadə, Aygün Baratzadə, Xədicə Bəşirova, Fidan Əlizadə, Ayşə Məmmədova, Aysu Abbasova, Şəhla Yusibova, Solmaz Əliyeva, Zümrüd Əlizadə, Əli Hüseynli, Səriyyə Ağakişiyeva və Fatimə Axundova musiqi nömrələri ilə çıxış etdilər.
Tədbirdə zərb alətlərində Hüseyn Əliyev, nəfəs alətlərində isə Emin Salahzadə ifa edərək konsertə xüsusi rəng qatdılar.
Bakı Musiqi Akademiyası bu konsertlə təkcə Üzeyir Hacıbəyli irsini yad etməklə kifayətlənmir, həm də gənc ifaçıların peşəkar inkişafı və milli musiqi ənənələrinin yaşadılmasına verdiyi töhfəni bir daha nümayiş etdirir.