7 may 2025-ci il
7 may 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş növbəti konsert keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.
Muzeyin aparıcı elmi işçisi Aynur Müfidzadə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda çıxış etmişdir.
Daha sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Detaşe-Sabah” violinoçular ansamblının üzvləri Ləman İsmayılova, Nurlana Məcidova, Nərmin Quliyeva, Səbinə Həsənzadə, Aybəniz Həsən, Aytən Müslümova, Xədicə Muxtarova, Fidan Quluzadə və Şəbnəm Yusiflinin ifalarında Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət konsert proqramı təqdim olunmuşdur. Ansamblın bədii rəhbəri Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikasının Xalq artisti Zəhra Quliyevadır.
Bütün ifalar muzeyin arxiv materialları əsasında hazırlanmış “Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti” mövzusunda slayd-şou ilə müşayiət olunmuşdur.
Sonda Zəhra xanım Quliyeva çıxış etmiş, yeni nəşr olunmuş, müəllifi olduğu "Violino sənəti tarixi" və daha bir neçə kitabını muzeyə hədiyyə etmişdir.