• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 may 2025-ci il 

    1 may 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş konsert keçirilmişdir.
    Tədbir Azərbaycan Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən birgə təşkil olunmuşdur. 
    Tədbirin əvvəlində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq doktoru Alla Bayramova konsert iştirakçılarına söz verərək, toplaşan tamaşaçılara giriş sözü ilə müraciət etmişdir. 
    Tədbirin aparıcısı və kuratoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina dinləyicilərə görkəmli Azərbaycan musiqiçilərinin: bəstəkarların, ifaçıların və müəllimlərin o dəhşətli müharibədə qələbəyə verdiyi töhfələrdən danışmışdır. 
    BMA-nın tələbələri Nəzrin Məmmədova və Əminə Məmmədova II Dünya müharibəsində faşizm üzərində qələbə uğrunda Azərbaycan xalqının ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıq və şücaəti haqqında məlumatlarla çıxış etmişdir. 
    Bayram konsertinin proqramında Azərbaycanın Xalq Artisti, BMA-nın professoru Ülviyyə Hacıbəyova, Azərbaycan Dövlət Akademik Musiqi Teatrının solisti Yuliya Heydərova, BMA-nın konsertmeysteri Dilarə Kərimovanın, Dövlət Xor Kapellasının artistlərinin -  Kamilla İmanova, Elyar Əliyev, Tofiq Zeynalov, Fərhad Ələkbərov, Akademik Opera və Balet Teatrının artisti Ruslan Persan, BMA-nın məzunu Nərgiz Məmmədova, musiqiçi Cavid Babayev, eləcə də BMA-nın tələbələri Aişə Məmmədova, Nigar Novruzova və Nərmin Günəşova ifalarında o dövrün qəhrəmanlıq hadisələrinə həsr olunmuş klassik əsərləri və müharibə illərinin mahnıları səsləndirilmişdir. Tədbir zamanı tamaşaçılar Sülh Səfiri, sülh mədəniyyəti İnstitutunun (UNESCO) "Avropa-Asiya" humanitar və kommersiya layihələri departamentinin direktoru, Azərbaycan Mədəniyyət Assosiasiyasının üzvü Renat İlyazovun və "Yaşlek" Tatar Gənclər Mərkəzinin solistləri Amina Ahmedcanova və Raul Kərimovun ifasında rəqsdən həzz ala bildilər. 
    Tədbir zamanı qonaqlar və konsert iştirakçıları müharibə qəhrəmanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.