14 mart 2025-ci il
14 mart 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında MeJAZZ Bandın Caz konserti baş tututdu.
Konsertdə istedadlı ifaçılar Məhəmməd Allahverdiyev (piano), Kamil Tazakanaşvili (bas gitara), Həsən Bilalov (zərb alətləri) möhtəşəm performans nümayiş etdirdilər.
Caz sevərləri bir araya gətirən konsert proqramında Vaqif Mustafazadənin ”Əzizə”, Tofiq Quliyevin ”Zibeydə”, Azərbaycan xalq rəqsi Tərəkəmə”, Azərbaycan Xalq Mahnısı ”Gül açdı”, Armando’s Rhumba, ”Qarabağ Şikəstəsi” əsərləri dinləyicilərə təqdim olundu.
Caz musiqi axşamı tamaşaçıların gurultulu alqışları ilə qarşılandı.