12 mart 2025-ci il
12 mart 2025-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqi zalında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Detaşe-Sabah” violinoçular ansamblının təntənəli konserti keçirildi.
Konsertdə Azərbaycan, Avropa və rus bəstəkarlarının əsərləri səsləndirildi.
Qeyd edək ki, ansamblın bədii rəhbəri Xalq artisti, professor Zəhra Quliyeva, konsertmeyster Səbinə Muradovadır.
Musiqisevənlər üçün əsl musiqi ziyafəti olan konsert gecəsi tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı.