• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    28 fevral 2025-ci il 

    28 fevral 2025-ci il  tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Yeni adlar”  layihəsi çərçivəsində konsert baş tutdu.
    Qeyd edək ki, layihənin koordinatoru Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundovadır.
    Dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Respublika və beynəlxalq müsabiqələr laureatları Asim Rzazadə (klarnet), Rəşad Abdullayev (fleyta) və Əli Adıgözəlov (piano) dinləyicilər qarşısında çıxış etdilər.
    Proqramda  C.M.Weberin klarnet və orkestr üçün 1 saylı konsert f-moll (op. 73), C.Reineckenin fleyta və orkestr üçün konsert D-dur (op. 283), S.Prokofyevin piano və orkestr üçün 1 saylı konsert f-moll (op. 1) əsərləri səsləndirildi.
    Məlumat üçün nəzərinizə çatdıraq ki, “Yeni adlar” müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə gənc istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edən layihədir.