• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 fevral 2025-ci il 

    25 fevral 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “İfaçılıq” və “İxtisas-Fortepiano” fakültəsi tələbələrinin birgə iştirakı ilə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi. 

    Tədbirdə “Humanitar fənnlər” kafedrasının müdiri, professor Tərlan Quliyev 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı faciəsindən bəhs etmişdir. 

    Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

    Anım gününün bədii hissəsi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri-“Detaşe-Sabah” Violinoçular ansamblı; Müşayiət edir - Səbinə Muradova (bədii rəhbər: Xalq artisti, professor Zəhra Quliyeva), Nərmin Günəşova, Xəlil Mütəllimov, Zərrin Əliyeva (müşayiət edir:Elçin Məmmədov), Fatimə Məmmədova, Leyla Salamova-Qəmər Mehdiyeva (Müəllim: Professor Fəridə Əhmədbəyova) şəhidlərin xatirəsinə ithaf olunmuş kompozisiya ilə davam etdi.

    Bədii hissədə Antonin Dvorjakın “Anamın mahnısı”, Aqşin Əlizadənin “Romans”, Qara Qarayev-“Don Kixotun ölümü”, İki prelüd (II dəftər), “Pastoral”, Cavanşir Quliyevin “İlğım”, Sergey Raxmaninovun Romans (dörd əl üçün) əsərləri ifa olundu.