• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20 fevral 2025-ci il 

    20 fevral 2025-ci il tarixində Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasının tələbələrinin əsərlərindən ibarət konsert keçirildi.
    Öncə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov, BMA-nın Bəstəkarlıq kafedrasının müdiri, əməkdar incəsənət xadimi, professor Ceyhun Allahverdiyev ön söz ilə çıxış etdilər.
    Konsert proqramında:
    - Arsalan Navab Moghadamın fortepiano üçün "2 prelüd" (Müəllim: professor Ceyhun Allahverdiyev), 
    - Ülvi Hüseynzadənin "Gördüm" qəzəl-romansı, violino və fortepiano üçün "2 pyes" (Müəllim: professor Ceyhun Allahverdiyev), 
    - Vahid Rəhimovun tenor ilə fortepiano üçün "İstərəm" qəzəl-romansı, fortepiano üçün "3 pyes" (Müəllim: professor Ceyhun Allahverdiyev), 
    - Fatimə Məmmədzadənin fortepiano üçün "Dumanlı gecədə işıq" (Müəllim: dosent Arzu Məmmədova), 
    - Ağabəşir Bayramzadənin violino və fortepiano üçün "2 pyes" (Müəllim: professor Ceyhun Allahverdiyev), 
    - Nuray Əliyevanın fortepiano üçün "3 pyes" (Müəllim: professor Ceyhun Allahverdiyev),
    - Fatimə Məmmədlinin violino və fortepiano üçün "Pyes" və "Rəqs-skerso" (Müəllim: professor Aydın Əzimov), 
    - Sevgim Musazadənin soprano ilə fortepiano üçün "Yenə ol mah mənim aldı qərarım bu gecə" qəzəl-romansı (Müəllim: professor Aydın Əzimov) səsləndi.
    Konsertdə gənc bəstəkarların əsərlərini Elina Əliyeva (violino), I kurs tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı Əli Hüseynli (piano), III kurs tələbəsi İsmayıl Əsədbəyli (bariton), I kurs tələbəsi Şöhrət İsmayılov (tenor), Vəfa Əhmədbəyova (piano), Fatimə Məmmədova (piano), II kurs tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı Elvin Əliyev (piano), respublika və beynəlxalq müsabiqələr laureatı Abdulqadir Əzizzadə (piano), III kurs tələbəsi Özcan Cabbari (violino) ifa etdi.
    Konsertin keçirilmə məqsədi gənc bəstəkarların əsərlərinin təbliği, eyni zamanda Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbələrində bəstəkarlıq ixtisasına marağın artırılması, gənclərin bu ixtisas barədə doğru məlumatlandırılması və suallarının cavablandırılmasıdır.