19 fevral 2025-ci il
19 fevral 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Gənclər Təşkilatının dəstəyi ilə “Opera Class” konserti keçirildi.
Ön sözlə BMA-nın Tələbə Gənclər Təşkilatının sədri Fidan Əliyarzadə çıxış edərək, konserti açıq elan etdi.
Azərbaycan Respublikasının Əməkdar artisti, BMA-nın “Solo oxuma və opera hazırlığı” kafedrasının baş müəllimi İlham Nəzərovun tələbələri - Kənan Rəhmanzadə, Müseyib Əsədov, Dinara Əliyeva, İqor Yadrov, Ariz Nəbiyev, Nuray İsmayılova, Maya İsmayıllı, Fidan İbrahımova uğurla çıxış etdilər.
Konsert proqramında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri dinləyicilərə təqdim olundu.
Gənc musiqiçilərin parlaq ifası tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı.