• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    14 fevral 2025-ci il 

    Məktəb-studiyanın gənc istedadlarının sevgi dolu musiqi dünyası

    14 fevral 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında İxtisas musiqi məktəb-studiyası şagirdlərinin konserti keçirildi. Konsert məktəbin nəzəriyyə şöbəsinin müdiri, Məktəb-studiyanın böyük elmi işçisi Şəfəq Hacıyevanın təqdimatında baş tutdu. Konsert proqramında Azərbaycan və dünya bəstəkarlarına aid əsərlər səsləndi. Musiqi nömrələrinin arasında Azərbaycan bəstəkarı Cavanşir Quliyevin “Günəşin musiqi dəftəri” silsiləsindən bir neçə pyeslər yer almışdır. Uşaqların musiqi dünyasını müxtəlif, maraqlı obrazlarla əhatə edən bu əsərlər şagirdlər tərəfindən sevilərək ifa olunur. Bu da gənc ifaçıların səhnə fəaliyyətinin genişlənməsində öz xidmətini göstərir.

    İlk olaraq fortepiano ixtisası üzrə bir sıra gənc ifaçılar çıxış etdi. Məktəb-studiyanın direktoru, dosent Sevda Məmmədovanın 5-ci sinif şagirdi Əliyeva Aişə C.Quliyevin “Günəşin musiqi dəftəri” silsiləsindən “Günəşin birinci valsı”, 6-ci sinif şagirdi Qasımlı Mikayıl C.Quliyevin həmin silsilədən “Günəşin səhər idmanı” əsərlərini bütün ovqatı ilə ifa etdilər. Əməkdar müəllim Aişə Əliyevanın 2-ci sinif şagirdi Budaqova Aidə İ.S.Baxın C-dur ikisəsli invensiyasını, 3-cü sinif şagirdi Abbaslı Mehriban C.Quliyevin “Günəşin musiqi dəftəri” silsiləsindən “Günaydın, Günəş”, 4-cü sinif şagirdi Mahmudlu Leyla N.Dremlüqanın “Lirik mahnı” əsərləri ilə çıxış etdilər. Əməkdar müəllim Kamilla Əmirovanın 7-ci sinif şagirdi Quliyev Hüseyn C.Quliyevin “Günəşin musiqi dəftəri” silsiləsindən “Günəşin oyuncaqları” pyesinin mürəkkəb forma və fərqli obrazlarını dolğun şəkildə təqdim etdi, 8-ci sinif şagirdi İsmayılzadə Cəlalə isə F.Mendelsonun e-moll Scherzo əsərini yüksək emosiyaları ilə ifa etdi. Məktəb-studiyanın 9-cu sinif şagirdi Mahmudzadə Gülər F.Listin E-dur “Ovda” etüdü ilə hazırlıqlı ifa təqdim etdi. Nuranə Zeynalovanın 7-ci sinif şagirdi Bağırzadə Rauf Azər Dadaşovun Sonatinasının və Anna İsrafilovanın 3-cü sinif şagirdi Həşimzadə Uğur A.Zeynallının “Uşaq süitası” silsiləsindən “Mübahisə” pyesinin bütün texniki çətinliklərinin öhdəsindən məharətlə gəldilər. Nərminə Əliverdizadənin 6-ci sinif şagirdi Quluzadə Məryəm C.Quliyevin “Günəşin musiqi dəftəri” silsiləsindən “Günəşin günorta yuxusu” pyesinin obrazlı şərhini verdi.

    Violin ixtisası üzrə dosent Gülnarə Quliyevanın 9-cu sinif şagirdi Məmmədli Yusuf Q.Qarayevin “Yeddi gözəl” baletindən Adajio əsərini təcrübəçi-tələbə Elçin Məmmədovun müşayiəti ilə ifa etdi.

    Nəfəsli alətlər ixtisası üzrə Vladislav Kuznetsovun 4-cü sinif şagirdi Məmmədov Rəvan trombonda F.Y.Qossekin “Qavot”, Rəşad Abdullayevin 3-cü sinif şagirdləri, fleytada – Yolçuzadə Cəmilə V.A.Motsartın “Sehirli fleyta” operasından Allegretto, Yolçuzadə Leyla M.Partsxaladzenin “Şən gəzinti” əsərlərini təcrübəçi-tələbə Aysel İbrahimlinin müşayiəti ilə təqdim etdilər.

    Vokal ixtisası üzrə Ofeliya Axundovanın 6-cı sinif şagirdi Ağakişiyeva Emiliya Ü.Hacıbəylinin “Arşın mal alan” operettasından “Gülçöhrənin naləsi” əsərini O.Axundovanın müşayiəti ilə təqdim etdi. Konsertin lirik, qəmgin notlar üzərində yazılmış musiqi nömrəsi  gənc ifaçının təfsirində maraqla dinlənildi.

    Zərb alətləri ixtisası üzrə Firuz Hüseynovun 9-cu sinif şagirdi İbrahimov Məhəmmədəli marimbada P.Desmondun “Take five” pyesini Anna İsrafilovanın müşayiəti ilə ifa etdi. Konsertin son nömrəsi caz ritmləri, improvizasiyalı, şən ovqatı ilə uğurlu konsert proqramını tamamladı.

    Müəllimlərin uzun və həyəcanlı məşğələləri, şagirdlərin məsuliyyətli və əzmli çalışmaları sonda müəllim-şagird və valideyn üçlüyünün məmnuniyyəti ilə bitir.

    Musiqişünas Tutu Hüseynova