5 noyabr 2024-cü il
5 noyabr 2024-cü il tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Yeni adlar” layihəsi çərçivəsində konsert keçirildi.
Bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Respublika və beynəlxalq müsabiqələr laureatları, Üzeyir Hacəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi Hidayət Sadıqbəyli (piano) və Aydan Yeşildağ (piano;BMA-nın məzunu) dinləyicilər qarşısında çıxış etdi.
Qeyd edək ki, “Yeni adlar” layihəsinin koordinatoru Azərbaycan Respublikasının Xalq artisti, tanınmış pianoçu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundovadır.
Konsert proqramında S.Raxmaninov piano və orkestr üçün 1 saylı konsert (fis-moll, op.1) və E.Grieg – piano və orkestr üçün konsert (a-moll, op.16) səsləndirildi.
Nəzərinizə çatdıraq ki, “Yeni adlar” müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edən layihədir.
Təntənəli konsert gecəsi tamaşaçıların gurultulu alqış sədaları altında başa çatdı.