6 noyabr 2024-cü il
6 noyabr 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Payız ritmləri” adlı rəngarəng konsert proqramı təqdim olundu.
“XX-XXl əsr ifaçılıq repertuarı” fənnini tədris edən BMA-nın dosenti Yeganə Mustafayevanın tələbələrinin ifasında parlaq musiqi nömrələri səsləndirildi.
“İxtisas fortepiano” kafedrasının l kurs tələbələri- Mehin Zalıyeva, Zümrüd Əlizadə, Solmaz Əliyeva, Fatimə Məmmədova, Şəhla Yusibova, Afət Süleymanovanın ifasında O.Petersonun “Laurentide Waltz”, A.Rozenblattın “Qu gölü” baletinə fantaziya, Ə.Mustafazadənin “Melanxolik prinses”, “Şopenin son günü”, E.Klaptonun “Payız yarpaqları”, A.Xinasteranın “Üç Argentin rəqsi”, M.Şmitin “Mr.Boogie davam edir”, A.Piazzolanın “Libertanqo” əsərləri böyük şövqlə ifa olundu.
Təntənəli konsert tədbiri tamaşaçılar tərəfindən coşqu ilə qarşılandı.
Qeyd edək ki, konsert Cop 29 - İqlim dəyişmələri layihəsi çərçivəsində keçirilmişdir.