• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 noyabr  2024-cü il

    1 noyabr 2024-сü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Qnesin adına Rusiya Musiqi Akademiyasının Milli Birlik gününə həsr olunmuş konserti keçirildi. 

    Konsertdə Qnesin adına Rusiya Musiqi Akademiyasının prorektoru D.K.Kirnarskaya, “Konsertmeyster ustalığı” kafedrasının müdiri, “Solo oxuma” kafedrasının professoru M.V.Kraveç, Rusiyanın Əməkdar artisti, “Solo oxuma” kafedrasının dosenti A.İ.Qriqoryev və Beynəlxalq müsabiqələr laureatı N.A.Qovorov əsrarəngiz ifaları ilə çıxış etdilər. 

    Qeyd edək ki, konsertin aparıcısı Bakı Musiqi Akademiyasının dosenti Alyona İnyakınadır.

    Təntənəli konsert tamaşaçıların rəğbətini qazanaraq, gurultulu alqışlarla qarşılandı. 

    Tədbirin mötəbər qonaqları sırasında Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri, Rus Evinin rəhbəri İrek Zinnurov da yer almışdır.