23 oktyabr 2024-cü il
23 oktyabr 2024-cü il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti keçirildi.
Bədii rəhbər və baş dirijor Azərbaycanın Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiətilə solist - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Yuliya Kərimova (piano) dinləyicilər qarşısında çıxış etmişdir.
Maraqlı fakt ondan ibarətdir ki, F.Listin doğum gününə həsr olunmuş piano və simli alətlər üçün “Malediction” (“Lənət”) konsertinin premyerası (Bakıda ilk ifa) ilə bəzədildi.
Proqrama həmçinin F.Mendelson-Bartoldinin 10 nömrəli Simfoniya, K.Sen-Saensin Sarabanda (op. 93) və Ramiz Mirişlinin (1963) 90 illik yubileyinə həsr olunmuş simfoniyası daxil idi. Böyük zövqlə seçilən qeyri-adi proqram tamaşaçılar tərəfindən hərarətlə qarşılandı.
Qeyd edək ki, Fəxrəddin Kərimov və Yuliya Kərimova həm Bakıda, həm də ölkə hüdudlarından kənarda davamlı olaraq birlikdə çıxış edən evli cütlükdür.
Son bir il ərzində onlar Rumıniya, Rusiya və Türkiyədə dəfələrlə konsert proqramı ilə çıxış etmişlər.