18 oktyabr 2024-cü il
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir.
1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur.
2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir.
Bu əlamətdar tarix ölkəmizdə müxtəlif tədbirlərin keçirilməsi ilə qeyd olunur.
Belə ki, 18 oktyabr 2024-cü il tarixində Bakı Musiqi Akademiyasının nəzdindəki Opera studiyasında Azərbaycanın Müstəqilliyin Bərpası gününə həsr olunmuş təntənəli konsert keçirildi.
Əməkdar müəllimlər, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professorları Kəmalə Mirbabayeva və Arzu Məmmədovanın iştirakı ilə “Janrların kəsişməsi” adlı sinif konserti musiqisevənləri biri araya topladı.
Konsertdə Kəmalə Mirbabayeva və Arzu Məmmədovanın istedadlı tələbələri, Respublika və Beynəlxalq müsabiqələr laureatları Camalə Abdinzadə, Leyla Hüseynzadə, Şəms Əsgərova, Gönçə Verdiyeva, Fidan Məlikzadə, Nurcan Rzayeva, Aysel Məmmədova, Faidə Hüseynova çıxış etdilər.
Zəngin konsert proqramında C.Gerşvinin “Kuba Uvertürası” (Bakıda ilk ifa), S.Raxmaninovun Prelüd cis moll, op.3, №2, A.Tsfasmanın “Caz süitasından” Lirik vals, Q.Qarayevin Duet-nord, K.Qustavinonun “Romans” op.2, №1, F.Şopenin “Noktürn” Es dur, op.9, №2, A.Markezin “Dantson” №2, F.Şopenin “Noktürn” cis moll №20, A.Əliyevin “Rondo” (Fikrət Əmirovun xatirəsinə həsr olunur), S.Rüstəmova – “Ürəyimdə görürəm”/ Ə.Tağıyevin “Bakı gecələri” -Piano üçün işləyəni Kamalə Mirbabayeva), İ.Dunayevskinin “Kapitan Qrantın uşaqları” kinofilmindən Uvertüra, F.Sayın “İzmir süitasından” Brams İzmirdə, Raxmaninov İzmirdə, P.İ.Çaykovskinin “Şelkunçik” baletindən “Çiçəklərin valsı”, F.Perren/D.Fekarisin “I will survive” (Bakıda ilk ifa;İki piano üçün işləyəni Arzu Məmmədova) əsərləri dinləyicilərə təqdim olundu.
Bayram ab-havalı konsert gecəsi tamaşaçıların zövqünü oxşayaraq, gurultulu alqışlarla qarşılandı.