• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 oktyabr 2024-cü il

    1 oktyabr 2024-cü il tarixində Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində yerli sakinlər tərəfindən millətin anası adlandırılan H.H.Şeyx Fatimə binti Mübarək fondu tərəfindən maliyyələşdirilən və təşkil olunan “Qaçqın qadınlar üçün psixi sağlamlıq konfransı”  (Under the patronage of H.H. Sheikha Fatima bint Mubarak Mother of the Nation  the mental health for women  refugee conference) keçirildi.

    Mədəniyyət və Gənclər Nazirliyinin musiqi bölməsinin rəhbəri Fatimə Əl Haşimi tərəfindən  dəstəklənən konfrans çərçivəsində təntənəli konsert baş tutdu. 

    Tədbirə bir çox müsəlman ölkələrindən olan istedadlı musiqiçilər dəvət olunmuşdu. 

    Burada ölkəmizi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzun və tələbələri (dirijor Üzeyir Məmmədovun rəhbərliyi altında Bakı Musiqi Akademiyasının məzun və tələbələrindən ibarət kamera orkestri, solist Nigar Cəfərova, xor kollektivi, Bakı Xoreoqrafiya Akademiyasının tələbəsi Liana Bernadina)

     uğurla təmsil etdilər. 

    Qeyd edək ki, layihə rəhbəri Əməkdar müəllim, BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva, bədii rəhbər isə Əməkdar artist, BMA-nın “İxtisas fortepiano” kafedrasının müdiri, professor Samirə Aşumovadır.

    Gənc xanım bəstəkarlarımız - Tamilla Əhədova və Nigar Süleymanın ərəb xalq musiqisi əsasında qaçqın düşən qadın mövzusuna həsr olunmuş əsərləri ilk dəfə bu konsertdə səsləndirildi.

    Yüksək səviyyədə keçirilən tədbir hər kəs tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirildi.