• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    28 sentyabr 2024-cü il

    28 sentyabr 2024-cü il tarixində  Kamera və Orqan Musiqi zalında görkəmli musiqiçi, dünya şöhrətli violin ustası və dirijor Dmitri Sitkovetskinin  70 illiyinə həsr olunmuş təntənəli konsert keçirildi.

    Dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi, Bakı Kamera Orkestrinin müşayiəti ilə solist və dirijor - Dmitri Sitkrovetski (violin), solistlər Boris Qarlitski (violin) və Yuliya Sitkovetski (soprano) öz ifalarını dinləyicilərə təqdim etdilər.

    Qeyd edək ki, Bakı Kamera Orkestrinin bədii rəhbəri SSRİ və Azərbaycan Xalq artisti, professor Fərhad Bədəlbəyli, baş dirijoru Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov, direktoru Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundovadır.

    Proqramda İ.S.Bach iki violin üçün konsert d moll, 3 saylı ingilis süitasından Gavot və Musette g moll (2-ci hissə), B.Britten soprano və simlilər üçün “Les İlluminations” (op.18), E.Dohnanyi “1 Mart” serenadası C dur (op.10, 2-ci hissə), J.Brahms simlilər üçün 2 saylı sekstet G dur (op.36), Adajio (3-cü hissə), F.Mendelssohn-Bartholdy Kapriççio (4-cü hissə) səsləndirildi.

    Konsert tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı.