• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    12 iyun 2024-cü il

    12 iyun 2024-cü il tarixində Beynəlxalq Muğam Mərkəzində "Pianissimo "adlı konsert keçirildi.

    Konsertin solistləri Beynəlxalq müsabiqələr laureatı, sənətşünasıq üzrə fəlsəfə doktoru, pianoçu, bəstəkar Ülviyyə Kazımova və Beynəlxalq müsabiqələr, həmçinin Gənclər mükafatı laureatı pianoçu Fəqan Həsənli idi.

    Pianoçular dəfələrlə eyni səhnəni bölüşsələr də ilk dəfə fortepiano dueti kimi bir araya gəlib konsert proqramı ilə çıxış etdilər.

    Çıxışlar tarixi xronoloji ardıcıllıqla deyil əsərlərin bədii quruluşuna əsasən sıralanmışdı.

    İfaçılar konserti fərqli tərzdə təqdim edərək, səhnədə həm də aparıcı qismində çıxış edib, əsərlər barəsində qısa məlumatlar  verirdilər. Bu da öz növbəsində konsertin səmimi atmosferdə keçməsinə zəmin yaradırdı.

    Konsertin proqramı dolğun olması ilə yanaşı klassik musiqidən başlayaraq, impressionizm və müasir musiqiyə qədər geniş diapazonu əhatə edirdi.

    Konsert A.Vivaldi mövzuları əsasında,  işlənməsi Amerika pianoçusu Greg Andersona məxsus "Göz yaşı yağışı" ilə açıldı.

    Daha sonra Ü.Kazımova fortepiano üçün yazdığı  Miniatürləri ifa etdi.

    Duetin ifasında A.Arenski - Süita op.15 , M.Ravel - İntroduksiya və Allegro əsərləri ifa olundu.

    Konsertin diqqətçəkən əsərlərindən biri də Greg Andersonun növbəti işləməsi olan Jorj Bizenin "Karmen" operası mövzuları əsasında  yazdığı virtuoz "Karmen Fantaziya" idi.

    Fəqan Fikrət Əmirovun "Mən səni araram" mahnsına improvizasiya səsləndirdi.

    İstedadlı musiqiçilərin məharətli ifası dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılandı.

    Sonda konsert Azərbaycan bəstəkarlarının: Q,Qarayevin "Yeddi gözəl" baleti əsasında Y.Perevertaylonun işlənməsi olan "Gözəllər gözəli" və A.Məlikovun "Skerso" əsəri ilə yekunlandı.