30 may 2024-cü il
30 may 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan Respublikasının Xalq artisti, dirijor Ramiz Məlik-Aslanovun rəhbərliyi altında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası Simfonik Orkestrinin təntənəli konserti keçirildi.
BMA-nın “İfaçılıq” kafedrasının tələbələrindən ibarət olan orkestrin ifasında Hektor Berliozun "Fantastik simfoniya", op.14 (l hissə), Lüdviq Van Bethovenin Simfoniya no.9 d moll, op.125 (l hissə) əsərləri dinləyicilərə təqdim olundu.
Tamaşaçıların zövqünü oxşayan konsert tədbiri gurultulu alqışlarla qarşılandı.