26 may 2024-cü il
26 may 2024-cü il tarixində Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Solo oxuma və opera hazırlığı” kafedrasının 28 May Müstəqillik gününə həsr olunmuş təntənəli konserti keçirildi.
Konsertdə istedadlı gənc musiqiçilər Müseyib Əsədov (Müəllim: dosent Jalə Cəfərova; Konsertmeyster: Ülviyyə Əliyeva), Ceyla Mövsümzadə (Müəllim: Xalq Artisti, professor Fidan Qasımova; Konsertmeyster: Əməkdar artist Rəna Ağayeva), Mirməhəmməd Adıgözəlli (Müəllim: dosent Svetlana Əhmədova;
Konsertmeyster: Dilarə Kərimova), Aysun Mahmudzadə (Müəllim: Əməkdar artist, dosent Fəridə Məmmədova; Konsertmeyster: İlahə İsmayılova), Emin İsmayılov (Müəllim: Xalq artisti, professor Gülnaz İsmayılova; Konsertmeyster: Məryəm Yusifova), Nərmin Həsənli (Müəllim: Xalq artisti, professor Gülnaz İsmayılova; Konsertmeyster: Məryəm Yusifova), Nuray İsmayılova (Müəllim: Əməkdar artist İlham Nəzərov; Konsertmeyster: Ülviyyə Əliyeva), Sara Tağızadə (Müəllim: Xalq artisti, professor Fidan Qasımova; Konsertmeyster: Əməkdar artist Rəna Ağayeva); Məhəmməd Şəmmədov (Müəllim: Xalq artisti, professor Xuraman Qasımova; Konsertmeyster: Əməkdar artist Nigar Məlikova), Aydan Səfərli (Müəllim: Xalq artisti, professor Gülnaz İsmayılova; Konsertmeyster: Məryəm Yusifova), İsmayıl Əsədli (Müəllim: Əməkdar artist İlham Nəzərov; Konsertmeyster: İlahə İsmayılova), Sabina Aliyeva (Müəllim: Xalq artisti, professor Xuraman Qasımova; Konsertmeyster: Əməkdar artist Nigar Məlikova), Səməd Novruzov (Müəllim: Xalq artisti, professor Xuraman Qasımova; Konsertmeyster: Əməkdar artist Nigar Məlikova), Natella Quliyeva (Müəllim: Dimitri Babayev), Azər Təmizadə (Müəllim: Dosent Sevda Məmmədova), Lalə Zeynallı (Müəllim: Dimitri Babayev), Leyli Əşrəfi (Müəllim: Xalq artisti, professor Natavan Seyidzadə; Konsertmeyster: Liliya İmanova) məharətlə öz ifalarını dinləyicilərə təqdim etdilər.
Rəngarəng konsert proqramında E.Sabitoğlunun “Giləvar”, V.A.Mosartın “Fiqaronun toyu” operasından Kerubinonun ariyası, Caupanın “İo turria vassa”, G.Hendelin “Rodelinda” operasından Rodelindanın ariyası, F.P.Tostinin “Marechiare”, T.Arnenin “When daisies pied”, M.Balakirevin “Грузинская песня”, Frimlin “Someday”, Biksionun “Parlami d-amore Mariu”, D.Skarlattinin “Gia il sole dal gange”, Q.Donisettinin “Sevgi şərbəti” operasından Belkorenin ariyası, C.Verdinin “Traviata” operasından Alfredin ariya və kabalettası-“Lunge da lei” əsərləri, həmçinin məşhur musiqi və caz ifaçılığı üzrə proqramda M.Masser and G.Goffinin “Saving all my love for you”, O.Kazıminin “Bakının qızları”, B.Pasek and J. Paulun “Never enough”, E.Sabitoğlunun “Kəpənək” səsləndirildi, sonda səsləndirilən M.Vəkilovun “Ey Azərbaycanım” mahnısı ilə dinləyicilərin yaddaşına gözəl musiqili anlar həkk olundu.
SSRİ və Azərbaycanın Xalq artisti, dünya şöhrətli vokal ifaçı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Solo oxuma və opera hazırlığı” kafedrasının müdiri, professor Xuraman xanım Qasımova sonda ürək sözləri ilə çıxış edərək, bütün gənc musiqiçiləri parlaq çıxışları ilə əlaqədar təbrik edib, onlara uğurlar arzu etdi.
Musiqisevərləri bir araya gətirən təntənəli konsert gecəsi tamaşaçıların gurultulu alqış sədaları altında başa çatdı.