• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 may 2024-cü il

    27 may 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrası “Sabah” qrupu tələbələrinin 28 may Müstəqillik gününə həsr olunmuş konserti keçirildi. 

    Konsertdə istedadlı gənc pianoçular Fidan Əmirova, Nurel Kərimova, Jasmin Dadaşova, Dinara Əliyeva, Maya İsmayıllı, Zəminə Kərimova, Fidan Quluzadə, Fidan Novruzova və violinoçular Ləman İsmayılova, Emil Hüseynov, Telmina Bayramzadə, Dəryanur Məmmədov, Aybəniz Həsən, Fidan Rəşidova, Ayan Məmmədova (viola) uğurla çıxış etdilər.

    Konsert proqramında Azərbaycan, rus və Avropa bəstəkarlarının əsərləri səsləndirildi. 

    Qeyd edək ki, BMA-nın təcrübəçi-tələbələrinin rəhbərləri kafedranın müdiri, professor Elnarə Məmmədova, dosentlər Zəhra Qarayeva, Fatimə Əliyevadır.

    Konsert tamaşaçıların gurultulu alqış sədaları altında başa çatdı.