24 may 2024-cü il
24 may 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının xarici tələbələrinin parlaq konserti keçirildi.
Zəngin konsert proqramında “Tarix-nəzəriyyə” fakültəsinin “Bəstəkarlıq” ixtisası üzrə II kurs tələbəsi, İran İslam Respublikası vətəndaşı Arsalan Navabın Fortepiano üçün cis-moll sonatası I hissə (İfa edir: Beynəlxalq müsabiqələr laureatı Cəmil Sədizadə,Müəllim: Professor Ceyhun Allahverdiyev), Ernesto De Curtisin «Torna a Surriento» (İfa edir: İfaçılıq fakültəsinin hazırlıq kursunun tələbəsi Nail Akperov-Rusiya Federasiyası; Müşayiət edir: Əməkdar artist Rena Ağayeva, Müəllim: Xalq artisti, professor Fidan Qasımova), Francesco Maria Vracininin Largo in fis-moll (İfa edir: İfaçılıq fakültəsinin I kurs tələbəsi Tooba Soleimani-İran İslam Respublikası
Müşayiət edir: Beynəlxalq müsabiqələr laureatı Nuranə Qurbanova, Müəllim: Nigar Əsədova)
Emin Sabitoğlunun “Dön yenə dön” (İfa edir: İfaçılıq fakültəsinin I kurs tələbəsi Madonna Dadaşova-Rusiya Federasiyası; Müşayiət edir: Liliya İmanova, Müəllim: Professor Natavan Şeyxova), Frans Şubertin “İmpromptu” Op.90 No.4 As-Dur İfa edir: Fortepiano fakültəsinin IV kurs tələbəsi Arian Ghahramani-İran İslam Respublikası, Müəllim:Nərgiz Kəngərli), Аleksansr Qurilyovun «Право, маменьке скажу» (İfa edir: İfaçılıq fakültəsinin hazırlıq kursunun tələbəsi Tamar Pirveli-(Gürcüstan; Müşayiət edir: Əməkdar artist Nigar Məlikova; Müəllim: Xalq artisti, professor Xuraman Qasımova), Astor Piazzolanın “Invierno Porteno” (İfa edir: İfaçılıq fakültəsinin III kurs tələbəsi İlkin Mamedov-Rusiya Federasiyası, Müşayiət edir: Nuranə Qurbanova, Müəllim- Rauf Muradov), Sergey Raxmaninovun «Сирень» (İfa edir: İfaçılıq fakültəsinin I kurs tələbəsi Sabina Aliyeva -Rusiya Federasiyası Müşayiət edir: Əməkdarartist Nigar Məlikova, Müəllim: Xalq artisti, professor Xuraman Qasımova),
Volfqanq Amadey Mosartın “Fiqaronun toyu” operasından Fiqaronun ariyası (İfa edir: İfaçılıq fakültəsinin II kurs tələbəsi Samir Quseynov-Rusiya Federasiyası, Müşayiət edir: Əməkdar artist Rena Ağayeva, Müəllim: Xalq artisti, Professor Fidan Qasımova),
Sergey Raxmaninovun prelude in g moll no.5 (op.23) (İfa edir: Fortepiano fakültəsinin I kurs Daler Odinaev-Özbəkistan, Müəllim: Professor Məmməd Quliyev), Tofiq Quliyevin “Qızlar mahnısı”, (İfa edir: Pop musiqi və caz ifaçılığı ixtisası üzrə magistr səviyyəsinin I kurs tələbəsi Leyli Ashrafivand-İran İslam Respublikası, Müşayiət edir: Liliya İmanova, Müəllim: Professor Natavan Şeyxova) əsərləri səsləndirildi.
İstedadlı tələbələrin məharətli ifası tamaşaçıların gurultulu alqışları ilə qarşılandı.
Sonda BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor, Xalq artisti Yeganə Axundova tələbələri təbrik edib, onlara uğurlar arzu etdi.