• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    24 may 2024-cü il

    24 may 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 28 may Müstəqillik gününə həsr olunmuş BMA-nın “İxtisas Fortepiano” kafedrası tələbələrinin “Fortepiano ansamblı” fənni üzrə “Gücümüz birlikdə” adlı konserti keçirildi.

    Konsertdə istedadlı tələbələr Fidan Novruzova, Nərmin Hüseynli, Elvin Əliyev, İlqar Bədəlli, Şəms Əsgərova, Qönçə Verdiyeva, Daler Odinarev, Röya Hüseynova, Nərmin Günəşova, Aysu Mustafazadə, Maya İsmayıllı, Jasmin Dadaşova, Nuray Əliyeva, Fidan Əmirova, Aysel Məmmədova, Faidə Hüseynova, Nigar Vəlizadə, Aytac Əlizadə, l kurs magistr tələbələr Zəhra Cahan Şıxaliyeva, Məryam Məmmədova, Günel İmanova, Jalə Mailova, Camalə Abdinzadə, Jalə İslamova uğurla çıxış etdilər. 

    Zəngin çalarlı konsert proqramında Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasının mövzuları üzərində Fantaziya (İşləməsi Lalə Cəfərovanındır), Darius Miyonun “Skaramuş” süitasından 3-cü hissə “Brazilyera”, Anton Arenskinin bir nömrəli süitadan “Romans”, Ağa Əliyevin “Rondo” (Fikrət Əmirovun xatirəsinə həsr olunur), Qreq Andersonun “Cat’s fuque” ( Scarlatti sonatasının əsasında), Dmitriy Şostakoviçin “Konsertino”, Lalə Cəfərovanın “Lirik rəqs”, Lüdviq van Bethovenin “Eqmont” uverturası, Fikrət Əmirov-Elmira Nəzirovanın “Alban mövzularına süita” 1-ci, 2-ci hissələr, Deyvid Brubekin “Points in Jazz” əsərindən Prelüd və Vals, İsaak Dunayevskinin “Kapitan Qrantın uşaqları” filminə uvertüra, Fazil Sayın “İstanbulda qış səhəri”, Qreq Andersonun “Karmen” fantaziyası əsərləri dinləyicilərə təqdim olundu. 

    “Gücümüz birlikdə” adlı bayram ab-havalı konsert tədbiri tamaşaçıların zövqünü oxşayaraq, gurultulu alqışlarla qarşılandı.