• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    21 may 2024-cü il

    21 may 2024-cü il tarixində Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının “Musiqi müəllimliyi” şöbəsi tələbələrinin konserti keçirildi. 

    Tədbirdə Əməkdar müəllim, professor Leyla Məmmədəliyeva, dosentlər Nərgiz Əlizadə, Nərgiz Hüseynova, Həqiqət Yusifova, Mədinə Tuayeva, Sevinc Sultanova, Fatimə Əliyeva və baş müəllim Nairə Qulamovanın  istedadlı tələbələri uğurla çıxış etdilər. 

    Zəngin konsert proqramında Azərbaycan, Avropa və rus bəstəkarlarının əsərləri səsləndirildi.

    Gənc musiqiçilərin uğurlu ifası dinləyicilərin zövqünü oxşayaraq, gurultulu alqış sədaları altında başa çatdı.

    Sonda məktəbin direktoru  Fikrət Budaqov Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli başda olmaqla BMA-nın kollektivinə təşəkkürünü bildirdi və istedadlı tələbələrin ifalarını təqdir edib, onlara uğurlar arzuladı.